Müğənni və aktrisa Rita Ora "Roberto Cavalli" moda evinin yeni reklam kampaniyasının siması olub.
Axşam.az "Buro247" saytına istinadən xəbər verir ki, italyan fotoqraf Françesko Karrozzinin çəkdiyi fotolarda müğənni əfsanəvi Merilin Monronun obrazında görünüb. Krujeva, zinət əşyaları və uzun ətəkli libaslar Oranı olduqca cazibədar göstərib.
Qeyd edək ki, 24 yaşlı ifaçı artıq Dreyk, Jaz-Z, Snoop Dog kimi ifaçılarla çalışıb, bundan öncə isə "Donna Karan" brendinin reklamlarında çəkilib.