"Böyük partlayış nəzəriyyəsi" serialının aktrisası Keyt Micuççidə ağciyər xərçəngi aşkarlanıb.
Axşam.az xəbər verir ki, o, əməliyyat olunduğunu açıqlayıb:
“Xəstəxanadayam, dünən ağciyərimdəki şişi çıxarmaq üçün əməliyyat olundum. Çox erkən diaqnoz qoyuldu. Bu, çox qəribədir, çünki həyatımda heç vaxt siqaret çəkməmişəm, buna görə də mənim üçün gözlənilməz oldu".
