Kirkorov həmkarından 10 milyon tələb edir

Kirkorov həmkarından 10 milyon tələb edir
485 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Xalq artisti Filipp Kirkorov həmkarı Lyubov Uspenskayaya qarşı 10 milyon rubl məbləğində iddia qaldırıb.

Axşam.az rus mətbuatına istinadən xəbər verir ki, buna səbə isə sənətçinin müsahibəsində Kirkorovu qadın düşməni adlandırması olub. 

Bundan əlavə, Filippin vəkili Uspenskayadan iki milyon rubla yaxın məhkəmə xərclərini geri almaq niyyətindədir:

“Özünüzü bir nömrəli müğənni ilə reklam etmək və gündəm yaratmaq gülüncdür. Ancaq ümidsizlikdən başa düşüləndir. Halbuki hamımız yalnız sözümüzə və əməllərimizə görə məsuliyyət daşıyırıq" deyə, sənətçinin vəkili bildirib.

Qeyd edək ki, uzun müddət əvvəl aralarında böyük mübahisə yaşanan müğənnilər iki öncə barışdıqlarını elan etmişdilər.