Şou-biznesin tanınmış simaları Tovuza yollanıblar.
Axşam.az-ın məlumatına görə, aralarında xalq artisti Mübariz Tağıyev, əməkdar artist Elza Seyidcahan, Ədalət Şükürov, müğənni Vasif Məhərrəmli, Xəyyam Nisanov və Elçin Cəfərovun da olduğu ifaçılar Azərbaycan Dövlət Televiziyasının təşkil etdiyi konsert proqramında çıxış ediblər.
Müğənnilər birlikdə şəkillər də çəkdiriblər. Həmin fotoları təqdim edirik.