Türkiyə ilk dəfə kosmosa göndərəcəyi kosmonavtın adını və uçuş tarixi açıqlanıb.
Axşam.az xəbər verir ki, bu barədə ölkənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır məlumat yayıb.
Onun sözlərinə görə, uçuş 2024-cü ilin yanvarın 19-da gerçəkləşəcək və 14 gün davam edəcək. Bu vaxt ərzində 13 fərqli təcrübə yerinə yetiriləcək. Bu səfəri həyata keçirəcək türk kosmonavt isə Alper Gezeravcıdır.