Türkiyəli aktyor Tarık Emir Tekin "Yalı çapkını" serialında birgə rol aladığı aktrisa Afra Saraçoğlu ilə münasibətdə olmaları ilə bağlı iddialara cavab verib.
Axşam.az xəbər verir ki, ekran işində Kaya obrazını oynayan aktyor bunu təkzib edib.
"Bu tip mövzularda şərh verməyə utanıram. Lakin bu iddia şəxsi həyatımla bağlıdır. Afra ilə aramda heç nə yoxdur. Biz çəkiliş meydançasında çox yaxşı dostuq, həftənin altı günü birlikdə işləyirik. Hazırda həyatımda heç kim yoxdur" deyə, aktyor bildirib.
Qeyd edək ki, Afra bir müddət əvvəl sözügedən serialda tərəf müqabili Mərt Ramazan Dəmirlə sevgili idi. Onlar bir müddət əvvəl ayrıldıqlarını açıqlayıblar. İkili haqqında eşq iddiaları çıxandan sonra 4 illik sevgilisi Mərt Yazıcıoğlu Afradan ayrılmışdı. Aktyor isə bundan sonra aktrisa Dilan Çeliklə münasibətə başlasa da, o da uzun çəkməyib.