Rəhim Rəhimli sırğasına görə narahat deyil -fotolar

Rəhim Rəhimli sırğasına görə narahat deyil -fotolar
1379 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni-bəstəkar Rəhim Rəhimli fərqli imicindən danışıb.

Axşam.az-ın məlumatına görə, sənətçi “Şou+” verilişinə açıqlamasında sırğalarından bəhs edərək, qınaqlardan narahat olmadığını deyib:

“Sırğa taxıram. Buna pis də baxmıram. Xarici müğənnilər də taxır. Mən də onlara baxıb götürmüşəm. Kimsə də məndən götürəcək. Bu, normaldır, hamı nəyisə başqasından öyrənir. Qınaqlardan isə narahat deyiləm. İctimaiyyətdə tanınan insan həmişə qınanıb, onlar haqqında xoşagəlməz sözlər deyilib. Ən yaxşısı, bu cür şeylərdə təmkinli olub, hər sözü qulaq ardına vurmaqdır. Bu, mənim həyatımdır. Kiməsə hesabat vermək məcburiyyətində deyiləm. Bəyənməyən baxmasın”.