"Mənə evlər, avtomobillər hədiyyə edirlər" - fotolar

"Mənə evlər, avtomobillər hədiyyə edirlər" - fotolar
8559 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Mətanət Əsədova tədbirlərin birindən çıxarkən “Şou+” kamerasına tuş gəlib.

Axşam.az-ın məlumatına görə, avtomobili ilə görüntülənən sənətçi həmin maşının ona hədiyyə edildiyini deyib:

“Bu, mənim indiyədək idarə etdiyim 16-cı avtomobilimdir. Hədiyyədir. Bu günə kimi olan maşınlarımın heç birinə pul xərcləməmişəm. Hamısını bağışlayıblar. Bunu sübut etməyə çalışmıram. Allahım şahiddir. Qiyməti o qədər də baha deyil: 50 min dollar. Bu yaxınlarda satmaq istədim. Beh verməyə gəldilər, lakin sonra fikrimdən daşındım. Bir ildir ki, bunu idarə edirəm. Digər maşınlarımı ən çox iki ay sürmüşəm, sonra satıb, başqasını almışam. Elə bir maşın modeli yoxdur ki, indiyədək məndə olmasın. Tək avtomobil yox, mənə evlər də hədiyyə edirlər. Hamısını da səsimə görə qazanıram. Hazırda iki mənzilim var. İstəyirəm, həyət evi də alım”.