Allanın Rusiyaya gələrkən yaşadığı çətinliklər ortaya çıxıb

Allanın Rusiyaya gələrkən yaşadığı çətinliklər ortaya çıxıb
885 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Xalq artisti Alla Puqaçovanın uzun müddət sonra Moskvaya gəlməsinin səbəbi bəlli olub. 

Axşam.az xəbər verir ki, ifaçının səfəri qısamüddətli olsa da, böyük səs-küy yaradıb. Məlum olub ki, müğənninin vətəninə çatması o qədər də asan olmayıb: onun ölkəyə girişində problem yaranıb.

"Mash" teleqram kanalının məlumatına görə, Pskov vilayətində Diva sərhədçilər tərəfindən təxminən bir saat sorğu-sual edilib: onlar səfərin məqsədini, tarixini və sair soruşublar. Müğənnidən qapalı söhbət üçün xüsusi otağa keçməsi istənilib. Allanın nəzakətli olduğu, lakin vətəninə buraxılmayacağından çox narahat olduğu qeyd edilib. Belə ki, əfsanəvi müğənni həyat yoldaşı və övladlarının necə getdiyini, həmçinin xaricdə həyatın həm mənəvi, həm də maddi cəhətdən çətin olduğunu bildirib.

Alla Borisovna sərhədçilərə əvvəllər imzaladığı portretlərini hədiyyə edib.