Nurgül konsertdən sonra Gökhanı tənqid etdi

Nurgül konsertdən sonra Gökhanı tənqid etdi
1636 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Nurgül Yeşilçay oğlu Osman Nejat ilə birlikdə "Athena"nın konsertinə yollanıb. 

Axşam.az xəbər verir ki, ana ilə oğulun gözəl başlayan gecəsi qalmaqalla başa çatıb. Nurgül Gökhan Özoğuzun davranışlarından narahat olub. O, bununla bağlı sosial şəbəkədə paylaşım edib.

Yeşilçay "Bir gənc Gökhanla tanış olmaq istəyir. Çünki "Athena"nı çox sevir. Kulisə getdik ki, təbrik edək. Gökhanın davranışları... Bir naz, bir hərəkətlər. Gökhan nə qədər xoşagəlməz idisə, Hakan o qədər xoş idi. Xəyallarınızı məhv etməyin. Heç kimi gözünüzdə böyütməyin" sözlərini yayımlayıb.