Türkiyəli müğənni Mabel Matiz “Altın kelebek” mükafatını satışa qoyub.
Axşam.az xəbər verir ki, ifaçı mükafatı cəmi 5 lirə (30 qəpik) qarşılığında satmaq istəyir.
Matiz satışla bağlı məlumatlar bölməsinə "Sadəcə bir dəfə əldə tutulub. Alındığı gündən bəri qutusundadır, cızığı yoxdur" deyə, yazıb.
Qeyd edək ki, Matiz 2019-cu ildə "Ən yaxşı kişi sənətçi" kateqoriyasında mükafata layiq görülüb.
Daha əvvəl müğənni Reynmen 2020-ci ildə aldığı “Altın kelebek” mükafatını zibilliyə atıb.
