Reytinq gətirən "eşq"lə bağlı iddilara qəzəbləndi - Foto

Reytinq gətirən "eşq"lə bağlı iddilara qəzəbləndi - Foto
2431 dəfə oxunub
  • A-
  • A
  • A+

Son günlər "Kızılcık şerbeti"nin reytinqlərdə artışına səbəb olan ssenarinin real həyatda da gərçək olduğu iddiaları yayılıb.

Axşam.az xəbər verir ki, aktrisa Müjde Uzman tərəf müqabili Settar Tanrıöğenlə haqlarında çıxan eşq iddialarına sərt münasibət bildirib:

"Siz artıq həddiniz aşdınız. İnsanların həyatı sizin üçün oyuncaq deyil. Rəsmən əxlaqsızlıqdır. Sizə inanıb öz evində əyləşib, işində-gücündə olan insanlara inananlar var. Özünüzə gəlin".

Qeyd edək ki, Müjde serialda "Alev", Settar isə "Abdullah" obrazlarına həyat verir. Onlar ekran işində eşq yaşayan cavan və yaşlı obrazları ifa edirlər.

Onu da qeyd edək ki, ekran işinin ötən bölümü reytinq göztəricilərinə görə "Yalı çapkını" serialını belə geridə qoyub.