İlk dəfə qısa saçlı qız "Miss Fransa" seçildi, bəyənilmədi - Foto

İlk dəfə qısa saçlı qız "Miss Fransa" seçildi, bəyənilmədi - Foto
1132 dəfə oxunub
  • A-
  • A
  • A+

20 yaşlı Eva Cills "Miss Fransa 2024" seçilib. Lakin o, çoxsaylı tənqidlərlə üzləşib.

Axşam.az xəbər verir ki, buna səbəb onun qısa saçlarıdır. Münsiflər heyəti vokizmdə (irqi və sosial ədalətsizliyi pisləyən ideologiya. - red.) günahlandırılıb.

Belə ki, Eva müsabiqənin bir əsrdən çox tarixində qısa saçlı ilk "Miss Fransa" olub. Ancaq tənqidçilərin fikrincə, qalib daha çox ənənəvi gözəlliyə - uzun saçlara sahib bir qız olmalıdır.

Eva isə hər bir qadının unikal gözəlliyinin olduğunu sübut etmək üçün bu obrazı qəsdən seçdiyini deyib:

"Biz uzun saçlı gözəl görməyə öyrəşmişik, amma mən qısa saçlı görünüş seçdim. Bu fərqliliyin zəfəridir. Heç kim sənin kim olduğunu diktə etməməlidir".