"O səs Türkiyə"nin Yeni il buraxılışında gözlənilməz dəyişiklik

"O səs Türkiyə"nin Yeni il buraxılışında gözlənilməz dəyişiklik
1855 dəfə oxunub
  • A-
  • A
  • A+

"TV 8"də yayımlanan "O səs Türkiyə" yarışmasında Yeni il gecəsi münsif kürsüsündə Ebru Gündeş, Murad Boz, Məryəm Üzərli yer alacaq.

Axşam.az xəbər verir ki, bu dəfə verilişin formatında dəyişiklik edilib. Proqramın sözügedən buraxılışında aparıcı Acun Ilıcalı olmayacaq. O, Bəyazıt Öztürkün yerinə münsif kürsüsündə əyləşəcək. Onun əvəzinə aparıcılığı isə Bəyaz özü edəcək.

27 dekabrda çəkiləcək buraxılışda Kerem Alışık, Enis Arıkan, Ceren Karakoç, Evrim Alasya, Sarp- Bengi Apak, İbrahim Büyükak, Yasemin Sakallıoğlu, Gupse Özay, Onur Gürçay, Esra Ruşan, Hazal Türesan, Buse Meral, Doğu Demirkol kimi adlar mahnı ifa edəcəklər.