"Onun kimi kanalım, təyyarəm yoxdur" - Ərbil Acunu nədə ittiham edir?

"Onun kimi kanalım, təyyarəm yoxdur" - Ərbil Acunu nədə ittiham edir?
1541 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli şoumen Mehmet Əli Ərbil iş adamı Acun Ilıcalı ilə bağlı müzakirələrə səbəb olan iddialar səsləndirib.

Axşam.az xəbər verir ki, Ərbil Acunun mal varlığının mənbəyini sual edib.

"Acun məndən yarım saatlıq müsahibə almaq üçün əlində mikrofonla bir saat qapımda gözləyirdi. 3-5 ildə 2 milli kanal, 1 rəqəmsal platforma, İngiltərədə 2 futbol komandası, 2 şəxsi təyyarə, sayı bəlli olmayan qayıqları oldu. 50 ildir televiziyadayam. Ulduzam, amma kanalım, təyyarəm yoxdur. Bunu indi ictimaiyyətə təqdim edirəm. Əgər söhbət çirkli pulların yuyulmasından gedirsə, edirəm, 300 avrom var idi, onu Almaniyada həll edib qayıtdım. TikTok da belə qazandığım 2-3 qəpiyin vergisini ödəyirəm. 50 ildir vergi verirəm" deyə, şoumen bildirib.

Qeyd edək ki, A.Ilıcalı "TV8" telekanalının və "Hull city" futbol klubunun sahibidir.