Cem Belevi bu ölkəyə buraxılmadı, az qala həbs olunacaqdı

Cem Belevi bu ölkəyə buraxılmadı, az qala həbs olunacaqdı
529 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni, aktyor Cem Belevi Şengen vizası olmasına baxmayaraq Almaniyaya buraxılmayıb.

Axşam.az xəbər verir ki, Belevi iş adamı Hüseyn Səlim Kahyanın qızının toyunda iştirak etmək üçün Almaniyaya gedib. İfaçının həmin gün olduğu şəhərdən İstanbula uçuşun olmaması səbəbilə 1 gün həbsdə saxlanılması istənilib.

Belevi vəziyyəti qəbul etmədiyi üçün əvvəlcə Hamburqa, oradan da İstanbula göndərilib. Onun Almaniyaya buraxılmamasının səbəbi kimi müğənninin vizanı Fransa Baş Konsulluğu vasitəsilə alması göstərilib.