Məşhur aktyor yeni serialda

Məşhur aktyor yeni serialda
993 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyorlar Salih Bademci ilə Hazal Subaşının baş rollarını canlandırdığı "Dilek taşı" serialına yeni aktyor daxil olacaq.

Axşam.az xəbər verir ki, ekran işində Turqay Tanülkü rol alacaq. O, layihədə 15-ci bölümdən etibarən "Aziz" obrazına həyat verəcək.

Qeyd edək ki, layihədə 1980-ci illərdən bəhs olunur. T.Tanülkü son olaraq "Camdaki kız", "Sıfırıncı gün" kimi seriallarda rol alıb.