Müğənni Azad Şabanov yenidən aparıcılığa başlayır.
Bu barədə Axşam.az-ın əməkdaşı ilə söhbətində sənətçi özü məlumat verib. O, verilişi bəstəkar-ifaçı Murad Arifin bacısı Könül Arifqızı ilə birlikdə aparacaq:
“Proqram Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə hazırlanır. Verilişin adı “Gələrsən, görərsən”dir. Burada Azərbaycanın bölgələrini gəzəcək, adət-ənənələrindən danışacağıq. Mənimlə birlikdə Könül Arifqızı da aparıcılıq edəcək. Maraqlı bir layihədir. Yaxın günlərdə “İctimai” telekanalda yayımlanacaq”.
Qeyd edək ki, A.Şabanov daha əvvəl "Lider" kanalında "Music L", "ATV"-nin isə "ATV Club" verilişində aparıcılıq edib.