Bu il Britaniya toylarında ən çox səslənən mahnılar - Siyahı

Bu il Britaniya toylarında ən çox səslənən mahnılar - Siyahı
1733 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyaca məşhur müğənni Ed Şiran 2023-cü ildə Britaniyadakı toylarda ən çox mahnısı istifadə olunan müğənnidir.

Axşam.az xəbər verir ki, bu, "Encore Musicians"ın araşdırmasından sonra məlum olub.

Onun "Perfect" adlı bəstəsi bu il tez-tez cütlüklər tərəfindən ilk rəqs musiqisi kimi seçilib. 

İkinci və üçüncü yerləri Con Legendin “All of Me” və Elvis Preslinin “Can’t Help Falling in Love”, dördüncü yeri isə Ed Şiranın "Thinking out Loud" mahnısı tutub. Beşinci yerdə isə Ceyson Mrazın "I’m Yours" ifası qərarlaşıb.