"Belə suallar qadınlara həmişə yalnız verilirdi" - Fotolar

"Belə suallar qadınlara həmişə yalnız verilirdi" - Fotolar
1205 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur ulduz Penolepe Kruz "Vanity Fair Italia" jurnalının üz qabığında yer alıb.

Axşam.az xəbər verir ki, aktrisa həcmli xəz papaqlarda kamera qarşısına keçib.

"Biz qadın və kişi bərabərliyindən çox uzağıq. Buna baxmayaraq zaman qadınların xeyrinə dəyişir: məsələn, keçmişdə fərqli olaraq onlara təxribat xarakterli suallar daha az verilir. 20 il əvvəl mətbuat konfranslarında kişi aktyorlara filmlə bağlı, aktrisalara isə şokedici suallar verilirdi. İndi fikirləşəndə ​​ki, həmkarlarım və məndən nə soruşurdular, dilim tutulur. Belə suallar biz qadınlara həmişə yalnız verilirdi.

Ancaq bu gün aktrisalara qarşı mövcud yaş problemi hələ də qalmaqdadır. Heç 50 yaşlı aktyorla qarşılaşmısınızmı ki, desin “indi nə edəcəyəm?”. Çünki onlar üçün yaş problem deyil!" deyə, Penolepe nəşrə müsahibəsində deyib.