Ozan Akbaba müxbirin Azərbaycanla bağlı səhvini belə düzəltdi - Video

Ozan Akbaba müxbirin Azərbaycanla bağlı səhvini belə düzəltdi - Video
20218 dəfə oxunub
  • A-
  • A
  • A+

"Mən bu cahana sığmazam" serialında azərbaycanlı "Əmiraslan Qardaşov" obrazını canlandıran türk aktyor Ozan Akbaba son açıqlaması ilə diqqət çəkib.

Axşam.az-ın məlumatına görə, aktyor müxbirlərin "Azəri obrazı ilə serialda rol aldınız" deyə, başlayan sualını yarıda kəsərək onun səhvini düzəldib. Belə ki, Ozan əslində "Azərbaycan türkü" deyilməli olduğunu vurğulayıb.

Bunun ardınca da müxbir səhvini düzəldərək sualını yenidən ona ünvanlayıb.

Qeyd edək ki, Ozan dəfələrlə Azərbaycana gəlib və Qarabağda olub. O, eyni zamanda Qarabağla bağlı çəkilən filmdə rol alıb.