Xəbər verdiyimiz kimi, "Sihirli annem" serialında "Tuğçe" obrazıyla tanınan aktrisa Damla Ersubaşını keçmiş həyat yoldaşı Mustafa Can Keser məhkəməyə verib. O, eks-xanımının narkotik asılılığı olduğunu iddia edərək övladlarının qəyumluğunu almaq istəyir.
Axşam.az-ın məlumatına görə, Damla məsələ ilə bağlı açıqlama yayaraq haqqında səsləndirilən iddiaları qəbul edib. O, bir müddət narkotikdən istifadə etdiyini deyərək Mustafa tərəfindən təhdid olunduğunu vurğulayıb:
"Qışda narkotik bataqlığına düşdüm. Pulu qumara, narkotikə xərclədim. Bu pul da uşaqlarımın atası, keçmiş həyat yoldaşım Mustafanın ailəsinin idi. Təbii ki, bu pulu müxtəlif vəddlər verərək almışdım. Pulu da tək yedim, Mustafanın əlaqəsi yoxdur. Bunun ardınca davamlı olaraq Mustafa məni təhdid etməyə başladı. Bunu ailəmə deyəcəyini, uşaqları ona verməli olduğumu dedi. Söylədim ki, "yaxşı, təki səndən qurtulum, uşaqlar səndə qalsın, istəyəndə görərəm". Bütün mesajlar var, hamısını da dəlil kimi təqdim edəcəyəm. Uşaqları da verdim, lakin təhdidləri, şiddəti bitmədi. Bu əsnada pulu ailəsinə ödəyirəm. Dedi ki, səni maqazində də rəzil edəcəyəm. Jurnalistə mesaj ataraq bunu yayımlanmasını istəyib, o yazışmalar məndə də var. Uşaqlarımın anasız qalmasının tək səbəbi Mustafa və onun ailəsidir".
Qeyd edək ki, aktrisa şiddətə və xəyanətə məruz qaldığı üçün evliliyini sonlandırmışdı. Daha sonra cütlük ikinci dəfə evlənmək qərarı alsa da yenidən ayrılıb. Cütlüyün evlilikdən Zehra, Zeynep Nisa adlı iki qızı var.