“Eurovision-2014” mahnı müsabiqəsinin qalibi Konçita Vurst Parisdə Dəb Həftəsi çərçivəsində keçirilən nümayişə qatılıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, “Jean Paul Gaultier” brendinin yeni kolleksiyası böyük diqqət görüb.
Gecəyə qatılan Koçita Vurst də dəbdəbəli libası ilə maraq doğurub. Modelyer Jan Pol Höte Konçita ilə bir müddət əvvəl xeyriyyə balında tanış olmuşdu və onu öz kolleksiyasının siması seçmişdi.