“Vogue” jurnalı 2023-cü ildə qırmızı xalçada parlayan ən dəbli ulduzlarının adını açıqlayıb.
Axşam.az xəbər verir ki, siyahıda ümumilikdə 15 məşhurun adı yer alıb.
Onların arasında bu il "Renessans" turu sayəsində diqqət mərkəzində olan müğənni Beyons, hamilə olduğu halda səhnəyə çıxan Rihanna, "Taxt-tac oyunlarının" ulduzu Meysi Vilyams da var.
Siyahıda bir müddət əvvəl təbii kürk geyindiyinə görə tənqid olunan Kendall Cenner, "Eyforiya" ulduzları Hanter Şafer və Ceykob Elordi, Rihannanın nişanlısı reper Eysap Roki, aktrisa Tilda Svinton, "Tac"ın aktrisası Emma Korrin, aktrisalar Lili Qladston, Codi Turner-Smit, Qreta Li, müğənni-aktyor Troy Sivan, Yseult kimi tanınan müğənni Yseult Onguenet, müğənni Harri Staylsın aktrisa sevgilisi Teylor Rassell adları da yer alıb.