Mərhum türkiyəli aktyor Yılmaz Qruda ilə aktrisa Ayşen Qrudanın qızı Elvan vəfat edib.
Axşam.az xəbər verir ki, Elvan 55 yaşında dünyasını dəyişib. Bu barədə onun dostları sosial mediada paylaşım edib. Onun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Yılmazla Ayşən 1965-1976-cı illərdə ailəli olub. Elvan bu evlilikdən dünyaya gəlib. Yılmazın digər evliliklərindən daha 1 övladı var. Ayşen 2019-cu ildə, Yılmaz isə bu ilin iyulunda vəfat edib.
