"Kızıl goncalar"a daha bir əngəl - Çəkilişlər dayandırıldı

"Kızıl goncalar"a daha bir əngəl - Çəkilişlər dayandırıldı
2309 dəfə oxunub
  • A-
  • A
  • A+

"FOX TV"nin cəmi bir bölümü yayımlanan "Kızıl goncalar" serialı ilə bağlı növbəti gərginlik yaranıb.

Axşam.az xəbər verir ki, ekran işinin çəkilişləri yenidən dayandırılıb. Ölkənin Ailə və Sosial Xidmətlər Nazirliyinin müdaxiləsi ilə serialın Levent səmtindəki xəstəxana səhnələri üçün seçilən məkan çəlişlərdən imtina edib.

Xatırladaq ki, daha əvvəl ölkənin Mədəniyyət və Turizm Nazirliyinə bağlı iki yer milyonlarla lirə xərclənərək yenidən dizayn edilməsinə rəğmən çəkilişlərin aparılmasından imtina edib.

Qeyd edək ki, ekran işindəki bəzi dini nüanslarla bağlı  "RTÜK"ə (Türkiyədə Radio və Televiziya Ali Şurası) şikayət edilib. Həmçinin, bir müddət əvvəl ekran işinin afişasına hücum edərək üzərinə qara boya spreyi sıxıblar.

Serialın baş rollarını Özgü Namalla Özcan Dəniz canlandırır.