Tarkandan sonra ən çox o qazanır

Tarkandan sonra ən çox o qazanır
1035 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli məşhur müğənni Mahsun Kırmızıgül Yeni il gecəsi Şimali Kiprdə səhnə alacaq.

Axşam.az xəbər verir ki, "Hürriyet"in məlumatına görə, sənətçi bunun müqabilində 12 milyon lirə (təxminən 697 min 457 manat) qonorar alacaq.

Bildirilib ki, bu məbləğ sadəcə Yeni ildə səhnəyə çıxan müğənni Tarkanın 25 milyon lirəlik (təxminən 1 milyon 453 min 114 manat) rekord qazancından geri qalır.

Üçüncü sırada 10 milyon lirə (təxminən 581 min 239 manat) qarşılığında səhənə alan müğənni Kenan Doğulu yer alır.