Amerikada yaşayan sosial media fenomeni Tereza Kaçuela həyat yoldaşı Ceyson Kaçuela tərəfindən qətlə yetirilib.
Axşam.az xəbər verir ki, fenomeni ayrı yaşadığı əri dayanacaqda qızının gözü önündə güllələyərək öldürüb. Hadisə yerindən qaçan Ceyson evinin yaxınlığında avtomobilində başından güllə vuraraq intihar edib.
Terezanın anası Nihoa Ceysonun daim qızını izlədiyini və onu öldürməklə hədələdiyini bildirib. Qızının şikayətlərinə baxmayaraq, lazımi tədbir görülmədiyini deyən ana ölümdə polisi günahlandırıb.
Qeyd edək ki, Terezanın 3 övladı var idi.