48 yaşlı aktyor intihar etdi

48 yaşlı aktyor intihar etdi
719 dəfə oxunub
  • A-
  • A
  • A+

"Parazit" filminin baş rol ifaçısı, cənubi koreyalı aktyor Li Sonq Kyun vəfat edib.

Axşam.az xəbər verir ki, aktyor 48 yaşında dünyasını dəyişib. O, Seulun mərkəzi parkı yaxınlığında, öz avtomobilində ölü tapılıb. İlkin məlumata görə, ölümün səbəbi depressiyayadan irəli gələrək qəbul edilən narkotikin təsiri ola bilər.

Polis səhər saatlarında Li Sonqu maşınında huşsuz vəziyyətdə aşkarlayıb. O, yerindəcə vəfat etdiyi üçün xəstəxanaya aparılmayıb. "Yonhap" agentliyinin məlumatına görə, o, intihar edib.

Qeyd edək ki, aktyor daha əvvəl də narkotikdən isitfadə etməsi şübhəsi ilə polisdə dindirilib. Li Sonq testlərdən keçib və nəticələr mənfi olub.