"Senden önce" serialının heyətinə yeni aktrisa daxil olub.
Axşam.az xəbər verir ki, ekran işində Sinem Ünsal rol alacaq. O, layihədə "Merve" obrazına həyat verəcək.
Qeyd edək ki, daha əvvəl bu rol aktrisa Melis Sezenə həvalə edilsə də, o layihədən imtina edib. Serialın digər baş rolunu isə Alp Navruz canlandıracaq.
