Nigarın münsif olduğu yarışma başladı – fotolar

Nigarın münsif olduğu yarışma başladı – fotolar
3150 dəfə oxunub
  • A-
  • A
  • A+
“Eurovision 2011” mahnı müsabiqəsinin qalibi Nigar Camalın münsif olduğu məşhur “X Faktor” yarışmasının Türkiyə versiyası "Star işığı" dünən başlayıb.

Axşam.az-ın məlumatına görə, "Kanal D"də yayımlanan verilişdə münsif kürsüsündə Nigar Camalla yanaşı, türkiyəli müğənni Sinan Akçıl, Atiyə, rejissor-fotoqraf Nihad Odabaşı da əyləşib. Türkiyənin yeni ulduzunun axtarıldığı müsabiqə hər həftənin çərşənbə günü yerli vaxtla saat 23:00-da canlı olaraq yayımlanacaq.

Qeyd edək ki, Nigar Camalın dəvəti ilə stilist Anar Ağakişiyev də Türkiyəyə yollanıb. O, Nigarın saç düzümünü və makiyajını edib.