"Miss İngiltərə 2022"nin finalçısı yük maşını sürücüsü oldu

"Miss İngiltərə 2022"nin finalçısı yük maşını sürücüsü oldu
431 dəfə oxunub
  • A-
  • A
  • A+

"Miss İngiltərə 2022" müsabiqəsinin finalçısı, 23 yaşlı Milli Everatt arzusunu həyata keçirmək üçün modellik karyerasını tərk edib.

Axşam.az xəbər verir ki, Milli yük maşını sürücüsü olub. O, İngiltərədə qadın yük maşını sürücülərinin sayının 1%-dən az olduğunu öyrəndiyi üçün peşəsini dəyişmək qərarı alıb:

"Böyük bir yük maşını sürmək çox əyləncəlidir. Bu işin mənə verdiyi azadlığı sevirəm, çünki bütün ölkəni gəzə bilirəm və qazanc da böyükdür".

Qeyd edək ki, o, 2017-ci ildə gözəllik müsabiqələrində iştirak etməyə başlayıb. Bir il sonra keçmiş model "Miss Lincolnshire", "Miss Charity" taclarını qazanıb.

O, 2022-ci ildə İngiltərədəd keçirilən müsabiqəsinin finalçısı olub.