Rusiyanın Əməkdar artist, yazar, ssenarist Yuri Ərəbov vəfat edib.
Axşam.az xəbər verir ki, ssenarist 69 yaşında dünyasını dəyişib. Bu barədə Rusiya Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
Qeyd edək ki, Y.Ərəbov “İnsanın tənha səsi” filminin ssenari müəllifi kimi kinoda debüt edib. Ərəbov “Moloç”, “Buğa”, “Günəş” və bir çox başqa filmlərin də ssenaristidir.