Küçə uşaqları Çağatayın üstünə cumdular - fotolar

Küçə uşaqları Çağatayın üstünə cumdular - fotolar
1928 dəfə oxunub
  • A-
  • A
  • A+
"Medcezir" serialında Yaman obrazını canlandıran türkiyəli aktyor Çağatay Ulusoy pis vəziyyətə düşüb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səhər yeməyi üçün kafelərdən birinə yollanan aktyor getdiyi məkandan çıxarkən qəribə situasiya ilə qarşılaşıb. O, avtomobilinə minmək istəyən zaman bir qrup uşaq "Bizə pul, yemək ver, acıq" deyərək Çağatayın üzərinə cumub.

Nə edəcəyini bilməyən aktyor maşınına oturmaq istəyərkən dilənçilər qapıları açaraq içəri giriblər. Ç.Ulusoy bu vəziyyətdən pul verərək canını qurtarıb.