Rusiyanın birinci kanalının mərhum Xalq artisti Müslüm Maqomayevin həyatından bəhs edən "Maqomayev" serialında əfsanəvi müğənnini canlandıran serb aktyor Miloş Bikoviç gizli şəkildə evlənib.
Axşam.az xəbər verir ki, bu barədə onun həmkarı İvan Oxlobıstin müsahibəsində deyib.
"Miloş əsl pravoslav insandır. Onun qadınlara qarşı çox ciddi münasibəti var. Allaha şükür indi evlidir" deyə, o, bildirib.
Qeyd edək ki, Miloş evliliyi ilə bağlı açıqlama verməsə də, bir müddət əvvəl ata olacağını açıqlamışdı. Miloş həyat yoldaşı İvana Maliç Monteneqrodandır və hüquqşünasdır.
