Mikki Maus 95 ildən sonra "azaddır"

Mikki Maus 95 ildən sonra "azaddır"
1223 dəfə oxunub
  • A-
  • A
  • A+

“Disney”in məşhur personajlarından olan Mikki Maus 2024-cü il yanvarın 1-də ictimai mülkiyyətə çevriləcək.

Axşam.az xəbər verir ki, bu barədə "The Times" yazıb. Bildirilib ki, bütün rejissorlar, ssenaristlər və rəssamlar Mikki Maus obrazından pulsuz istifadə edə biləcəklər.

Nəşrin məlumatına görə, söhbət ilk dəfə 1928-ci ildə çəkilmiş "Steamboat Willie" adlı səssiz qısametrajlı filmdə görünən personajın ağ-qara variantından gedir.

"Disney"in təzyiqi ilə bir neçə dəfə dəyişdirilən və hətta "Mikki Mausu qorumaq haqqında qanun" adlandırılan Amerika müəllif hüquqları qanununa əsasən, monopoliya 95 il saxlanıla bilər. Lakin bu müddət tezliklə başa çatacaq.