Musiqi məktəbinin direktoruna cinayət işi açıldı

Musiqi məktəbinin direktoruna cinayət işi açıldı
1315 dəfə oxunub
  • A-
  • A
  • A+

Naftalan şəhər uşaq musiqi məktəbinin direktoru Almaz Əliyevanın qanunsuz hərəkətləri ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı başa çatıb.

Axşam.az-ın məlumatına görə, Goranboy Rayon Prokurorluğundan bildirilib ki, toplanılmış sübutlarla Almaz Əliyevanın həmin vəzifədə işlədiyi dövrdə qulluq mövqeyindən istifadə edərək məktəbin ayrı-ayrı müəllimlərinə əsassız əməkhaqqı hesablanıb ödənilməsinə nail olmaqla xeyli miqdarda büdcə vəsaitini israf etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Almaz Əliyevaya Cinayət Məcəlləsinin 179.2.3-cü və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla israf etmə) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Naftalan Şəhər Məhkəməsinə göndərilib.