Azərbaycanlı tenor rusiyalı müğənni ilə evlənir - fotolar

Azərbaycanlı tenor rusiyalı müğənni ilə evlənir -  fotolar
5452 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycanlı tenor Yusif Eyvazov rusiyalı soprano Anna Netrebko ilə ailə qurmağa hazırlaşır.

Axşam.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, məşhur italiyalı opera ifaçısı Luçano Pavarottinin şagirdi, 33 yaşlı tenor bir qədər əvvəl "Facebook" səhifəsində nişanlanması xəbərini paylaşsa da, həmin xanımın kimliyini açıqlamamışdı. Cütlük vaxtilə aralarındakı münasibəti gizlətməyə çalışırdı, lakin xəbər artıq öz təsdiqini tapıb. Belə ki, Y.Eyvazov martda Anna və onun övladı ilə çəkilmiş şəklini sosial şəbəkədə yerləşdirərək "sevgi və xoşbəxtlik" sözlərini yazmışdı.

Xatırladaq ki, Netrobko əvvəlki əri, uruqvaylı opera ifaçısı Ervin Şrottla bu yaxınlarda boşanıb və onların Tyaqo adlı oğlanları var. Onların boşanmalarına səbəb isə hər ikisinin ağır iş rejimi olub.

Qeyd edək ki, Yusif Eyvazov  Bakı Musiqi Akademiyasını bitirib, Milanın "Verdi", Rusiyanın "Böyük teatr"ında mühüm tamaşalarda iştirakçı olub. O, Anna ilə birlikdə Romanın opera səhnəsində də ifa edib.