Türkiyəli aktyor Aras Bulut İynemlinin baş rolunu canlandıracağı "Deha" filminin aktyor heyəti bəlli olmağa başlayıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Erdal Beşikçioğlu rol alacaq. O, layihədə Arasın atası "İskəndər" obrazına həyat verəcək.
Qeyd edək ki, İynemli layihədə "Devran" obrazını canlandıracaq.