"Dilan Polat iflic ola bilər"

"Dilan Polat iflic ola bilər"
2528 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə çirkli pulların yuyulmasında ittiham olunaraq saxlanılan məşhur fenomen Dilan Polat bir neçə gün əvvəl Psixi və Əsəb Xəstəlikləri Xəstəxanasına yerləşdirilib.

Axşam.az xəbər verir ki, sosial media fenomeninin vəkili açıqlama yayıb. O bildirib ki, Dilanın iflic keçirmə riski var.

"Uşaqlarına görə çox üzülür. Buna görə də psixoloji vəziyyəti getdikcə pisləşir. Yeriməkdə çətinlik çəkir. Görüş zamanı üzündə keyimə olduğunu dedi. Streslə əlaqədardır. Əvvəl sakinləşdirici və dəstək dərmanları içirdi. Həkimdən soruşdum, dedilər ki, iflic olma ehtimalı yüksəkdir" deyə, vəkil açıqlamasında söyləyib.