"Kənan İşıq astral səyahətdə itib"

"Kənan İşıq astral səyahətdə itib"
3995 dəfə oxunub
  • A-
  • A
  • A+

Astral səyahət etdiyini iddia edən türkiyəli müğənni Yusuf Güney açıqlaması ilə gündəmə gəlib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, uzun illərdir reanimasiyada olan aparıcı Kənan İşıq barədə danışıb:

"Hazırda astral səyahətdə itib. Geriyə gətirilə bilər. Bunun texnikaları var. Oyansa, elə qəribə şeylər danışacaq ki, beynimiz qarışacaq".

Qeyd edək ki, Kənan 2014-cü ilin martında idman zalında olarkən vanna otağında yıxılıb və başından zədə alıb. Hazırda komada olan Kənanın müalicəsi davam edir.