5 ildən sonra ekranlara qayıdan aktrisa Ece Uslu "Şahane hayatım" serialında rol alacaq.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa layihədə "Ece" obrazına həyat verəcək.
Qeyd edək ki, serialın baş rollarını Hilal Altınbilek, Onur Tuna, Nəsrin Cavadzadə canlandırır.