Hollivud aktrisası Cessika Alba Kaliforniyada öz ofisindən çıxarkən geyimi ilə maraq doğurub.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, əsl biznes-ledi kimi geyinən ulduz zərif ağ rəngli pencəyi və dəbli ayaqqabıları ilə bu ilin dəbini əks etdirməyi bacarıb.
O, maksimum az miqdarda makiyajdan istifadə edərək görünüşünü aksessuarlarla daha da dəbli hala gətirib. Krem rəngli iri çantası ilə stilini tamamlayan Cessika günəş eynəyi ilə modasevərlərə nümunə olub.