Amerikanın məşhur "Slipknot" rok qrupunun lideri Kori Teylor psixi sağlamlıq problemlərinə görə solo turunu ləğv edib.
Axşam.az xəbər verir ki, bu barədə ifaçı sosial şəbəkədə məlumat yayıb.
O etiraf edib ki, son aylarda psixi və fiziki vəziyyəti pisləşib. İfaçı özü və ailəsi üçün qeyri-sağlam bir həddə çatdığını bildirib:
"Bilirəm ki, bu qərar bəziləri üçün şok olacaq. Lakin harada olduğumu və hara gedəcəyimi diqqətlə nəzərdən keçirdikdən sonra özümü toparlamalı və evdə ailəmlə bir müddət vaxt keçirməliyəm".
Slipknot lideri qeyd edib ki, biletlərin pulu tam şəkildə azarkeşlərə qaytarılacaq.