İlon Maskdan narkotik iddialarına cavab

İlon Maskdan narkotik iddialarına cavab
608 dəfə oxunub
  • A-
  • A
  • A+

"Tesla" və "SpaceX" şirkətlərinin sahibi, 2022-ci ildən "X" (tvitter) sosial şəbəkəsinə rəhbərlik edən amerikalı milyarder İlon Mask narkotik vasitələrdən istifadə etməsi ilə bağlı məlumatları təkzib edib.

Axşam.az xəbər verir ki, bu barədə milyarder öz səhifəsində yazıb.

O, 3 il ərzində verdiyi analizlərdə heç bir narkotik və ya spirt izinə belə rast gəlinmədiyini bildirib. O, analizi NASA-nın tələbi ilə verdiyini qeyd edib. 

Xatırladaq ki, “The Wall Street" jurnalı İlon Maskın narkotik maddələrdən, xüsusilə də LSD, kokain, ekstazi, göbələk və ketamindən istifadə etdiyini yazmışdı.