76 yaşlı rus şairi maşın vurdu, vəziyyəti ağırdır

76 yaşlı rus şairi maşın vurdu, vəziyyəti ağırdır
317 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı şair Lev Rubinşteyni Moskvada avtomobil vurub.

Axşam.az xəbər verir ki, bu barədə onun yaxınları sosial mediada məlumat yayıb. Bildirilib ki, şair hazırda xəstəxanadadır. Əməliyyat olunan Rubinşteynin vəziyyəti ağırdır. 

Hadisənin necə baş verməsi ilə bağlı hələlik məlumat açıqlanmayıb.

Qeyd edək ki, Rubinşteynin 76 yaşı var.