Amerikalı aktyor Uiliam Defo Hollivudun “Şöhrət Xiyabanı”nda ulduza layiq görülən məşhurlar siyahısında yer alıb.
Axşam.az xəbər verir ki, 68 yaşlı aktyora bu özəl günündə dostları və həmkarları Pedro Paskal və Mark Ruffalo dəstək olmaq üçün gəliblər.
Qeyd edək ki, Defo dörd qat "Oskar" namizədi, dörd dəfə "Amerika Aktyorları Gildiyası" mükafatına namizəd, üç dəfə "Qızıl Qlobus" mükafatına namizəd olub. O, ən yaxşı kişi rolu nominasiya üzrə "Volpi Kuboku"nun qalibi seçilib.