"Kızıl goncalar"ın yeni bölümü ilə bağlı yeni xəbər

"Kızıl goncalar"ın yeni bölümü ilə bağlı yeni xəbər
1019 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, "FOX TV"də yayımlanan "Kızıl goncalar" serialı "RTÜK" (Türkiyədə Radio və Televiziya Ali Şurası) tərəfindən cəzalandırılıb.

Axşam.az-ın məlumatına görə, qərara əsasən, yanvarın 8-də yayımlanmalı olan 3-cü və növbəti həftədəki bölümün yerinə sənədli film efirə gedib. 

Tənqidlərlə qarşılanan bu addımın ardından ekran işinin yeni bölümünün nə vaxt yayımlanancağı sual doğurub.

Yayım şirkətindən verilən məlumata görə, serialın 3-cü bölümü yanvarın 22-də izləyicilərə təqdim olunacaq.

Qeyd edək ki, serialın baş rollarını Özgü Namalla Özcan Dəniz canlandırır. Həmçinin, serial 9 milyon lirə (təxminən 511 min manat) cərimələnib.