Rusiyalı bloger Sergey Kosenko iki aylıq oğlu Leonu hündür qar təbəqəsinin üzərinə atıb.
Axşam.az xəbər verir ki, bloger bunu əks etdirən görüntüləri sosial media hesabında yayıb. Video izləyicilər tərəfindən tənqid olunub. Bundan başqa, ölkənin İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Sergeyin yeni doğulmuş uşağa qarşı qanuna zidd hərəkətlər etdiyinə görə cinayət işinin başlanmasına göstəriş verib. Bu barədə komitənin mətbuat xidməti məlumat yayıb.
İdarədən bildirilib ki, blogerin vergidən yayınma halları da yoxlanılacaq.
Sergey isə video ilə bağlı açıqlama yayaraq görüntülərdə övladından yox, gəlincikdən istifadə edildiyini iddia edib. O, gəlinciyə montajla oğlunun üzünü qoyduğunu deyib.