Ötən il Trevi fəvvarəsindən 1,6 milyon avro çıxarılıb

Ötən il Trevi fəvvarəsindən 1,6 milyon avro çıxarılıb
898 dəfə oxunub
  • A-
  • A
  • A+

2023-cü ildə Romadakı Trevi fəvvarəsinə turistlərin atdığı qəpiklərin sayı bəlli olub.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, çıxarılan 33 tonluq 1,6 milyon avro sözügedən fəvvarə üçün ən yüksək məbləğ kimi rekord hesab olunur. 2022-ci ildə isə bu məbləğ 1,4 milyon avro olub.

Qeyd edək ki, fəvvarədən sikkələr həftədə üç dəfədən çox olmaqla enerji şirkətinin işçiləri tərəfindən yığılır. Turistlərin böyük axını dövründə qəpiklər hər gün çıxarılır. Əşyalar yuyulmaq və çeşidləmək üçün anbara göndərilir.

Fontandan nəinki avro, hətta dollar və funt da çıxarılır. Xarici valyutalar avrodan ayrılır və sonra dəyişdirilir. 

Vəsaitlər isə hər il maliyyə çətinliyi yaşayan və alzheymer xəstəliyindən əziyyət çəkən insanlara kömək etmək üçün istifadə olunur.